26.3 C
Bakı
30 İyun 2026 17:16
İdman

Mahir Emreli Almaniya klubuna keçdi

 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

 

Tacxeber.com xəbər verir ki, 27 yaşlı hücumçu “Nürnberq” klubu ilə anlaşıb.

 

İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.

 

İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.

 

Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Növbəti matçda daha yaxşı oynayacağıq”

admin

Madrid “Real”ı Mauro İkardini transfer etmək istəyir.

admin

Qarabağ döyüşdü, amma yanlış seçim uduzdurdu.

redaktor