29 C
Bakı
13 Avqust 2025 11:35
Cəmiyyət

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? – RƏSMİ AÇIQLAMA

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına 77-QQ-777 dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

 

Məsələ ilə bağlı “Qarabağ” klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib.

 

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

 

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”.

Tacxeber.com

Oxşar xəbərlər

Manatın dəyəri dəyişəcək?

admin

Günel Manaflı: “Ruslana deyiblər ki, biz təzyiqi ancaq adam öləndən sonra ölçürük”

admin

“Qarabağ”ın məğlub etdiyi həmin “Bode Qlimt” – İndi Avropa bizi yox, onu alqışlayır

admin