Dünya

Ermənilər bu körpüdən istifadəni dayandırdı – Azərbaycanla razılıq

Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında razılaşmaya əsasən, Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpüdən hərəkət bu gündən etibarən dayandırılıb.

 

Tacxeber.com xəbər verir ki, körpünün fəaliyyəti dayandığından hərəkət Açarkut-Kirants alternativ yolu ilə həyata keçirilir.

 

Kənd sakinlərinin məlumatına görə, polis hər iki tərəfdən yolu bağlayaraq körpüdə hərəkəti dayandırıblar.

 

Xatırladaq ki, alternativ Kirants-Açarkut yolunun yenidən qurulması işlərinə mayın 19-da başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kim Çen In ölümdən qorxub 8 malikanə tikdirdi – FOTO

admin

Marsda görülən sirli yaşıl işıq – Bütün nəzəriyyələr dəyişə bilər

admin

“İsrail bu sistemləri Ukraynaya verməklə Rusiya ilə münasibətləri pisləşdirəcək” – MEDİA

redaktor