Şou

Komaya düşən tanınmış meyxanaçı bağlı RƏSMİ AÇIQLAMA

 

İyulun 5-i saat 04:55-də Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Elnur Aydın oğlu Əskərov dəqiqləşdirilməmiş koma, hemoragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

“Xəstəyə zəruri ilkin tibbi xidmət göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, xəstə 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alır”, – deyə məlumatda qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur türk aktyoru saxlanılıb.

redaktor

“Onlar obraz üçün yox, özləri üçün öpüşürlər” – “Əqrəb mövsümü” tənqid olundu

redaktor

Əli Mirəliyevin ölüm xəbəri yayıldı – Açıqlama

redaktor