Dünya

Hicaba qadağa qoyan qanunu imzaladı

Tacikistanda hicaba qadağa qoyulub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə qanunu ölkənin Prezidenti Emoməli Rəhmon imzalayıb.

 

Bildirilir ki, qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır. Hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutulub.

 

Qeyd edək ki, iyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası “Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna düzəlişlər qəbul edib. İndi ölkədə “milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır.

 

Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Rusiya Ukraynanın dəniz dəhlizini boğmağa çalışır

redaktor

“Troya atı-2”: ABŞ İranda 1 milyard dollarlıq planı niyə həyata keçirə bilmədi?

redaktor

Zelenski Hikmət Hacıyevi mükafatlandırdı

redaktor