25.3 C
Bakı
13 İyun 2026 14:36
DünyaHadisə

Moskvada ikinci akt: MİT-in sayəsində qarşısı alınıb.

Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edib və Moskvada “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.

 

Tacxeber.com “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə qəzetin köşə yazarı Hande Fırat yazıb:

“Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı”. SEO Nədir

 

Nəşrin məlumatına görə, terror aktını İŞİD terror təşkilatı ilə əlaqəli olan “Vilayət Xorasan” qruplaşmasının yaraqlıları hazırlayıb.

 

Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən “Vilayət Xorasan” təşkilatının yerli özəyinin fəaliyyətini uzun müddət izləyib. Xüsusi xidmət orqanları bir sıra şəxsləri dindirib, sonra Rusiya tərəfi ilə əlaqə saxlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya uğradı – Ölən və yaralanan var

redaktor

Ceyhun Əsgərov: Bir saata həyatdan gedəcəm

admin

Hava ilə bağlı XƏBƏRDARLIQ – Bu tarixdən yay istiləri düşəcək – VİDEO

redaktor