Dünya

Ritterdən ŞOK İDDİA: Türkiyə NATO-dan çıxıb bu təşkilata üzv olacaq

“Türkiyə müstəqil Avrasiya təhlükəsizlik sistemi qurulduqdan sonra BRICS-ə qoşulacaq və NATO-dan çıxacaq”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skot Ritter deyib.

 

Ritter “Through the eyes of” YouTube kanalına verdiyi müsahibəsində “BRICS gələcəkdir” deyib.

 

O, Türkiyə prezidenti Rəcəb Ərdoğanın da eyni mövqedən çıxış etdiyinə əminliyini ifadə edib.

 

Keçmiş kəşfiyyatçının sözlərinə görə, NATO tənəzzüldədir və BRİKS öz işçi strukturunun əsaslı qurulması mərhələsindədir.

 

BRICS-in üzvləri Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, 2024-cü ildən isə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanıdır.

 

BRİKS adı ilk beş üzv ölkənin ingilis dilli adlarının abbreviaturasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor