Hadisə

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanın Simi adasında itkin düşən BBC-nin aparıcısı Maykl Moslinin 5 gün davam edən axtarışlardan sonra ölü tapıldığı bildirilib.

 

Adaya tətil üçün gələn 68 yaşlı Moslinin cansız bədəni bu gün səhər saatlarında Aya Marina çimərliyi yaxınlığındakı qayalıq ərazidən tapılıb.

 

Çərşənbə günü itən Moslinin cəsədinin ölüm səbəbinin müəyyən edilməsi üçün Rodos Ədli Tibb İnstitutuna aparıldığı və hazırda cinayət tərkibinə rast gəlinmədiyi qeyd edilib.

 

Səlahiyyətlilər onun yıxılması nəticəsində başından aldığı xəsarətlərdən ölməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilərin azərbaycanlı əsgərlə bağlı yalanı üzə çıxdı – FOTOFAKT

redaktor

Yekaterinburqda soydaşlarımızın ölümünə səbəb olan polislərin FOTOLARI

redaktor

İcra başçısının məktəbli QALMAQALINA görə işdən çıxarılan müavini YAP-ın namizədi oldu

admin