Hadisə

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanın Simi adasında itkin düşən BBC-nin aparıcısı Maykl Moslinin 5 gün davam edən axtarışlardan sonra ölü tapıldığı bildirilib.

 

Adaya tətil üçün gələn 68 yaşlı Moslinin cansız bədəni bu gün səhər saatlarında Aya Marina çimərliyi yaxınlığındakı qayalıq ərazidən tapılıb.

 

Çərşənbə günü itən Moslinin cəsədinin ölüm səbəbinin müəyyən edilməsi üçün Rodos Ədli Tibb İnstitutuna aparıldığı və hazırda cinayət tərkibinə rast gəlinmədiyi qeyd edilib.

 

Səlahiyyətlilər onun yıxılması nəticəsində başından aldığı xəsarətlərdən ölməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Bravo” da “Oba”nın yolunu gedir: az işçi, köhnə məhsullar… – Döşəmə silən həm də bulka satır – FOTO

admin

“Melissa Group”un rəhbəri saxlanıldı

redaktor

Vidadi İsgəndərliyə hücum edənlər kimdir? – Qardaşı danışdı

admin