DünyaMuharibə

Ukrayna qırıcıları ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirdi

Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib.

 

Bu barədə Britaniyanın nüfuzlu “Sky News” agentliyi Ukrayna hərbi mənbələrinə istinadla bildirib. Mənbə bazar günü Rusiyanın qərbində yerləşən Belqorod bölgəsində Rusiya komanda məntəqəsinin vurulduğunu qeyd edib. Belqorod Ukraynanın şimal-şərq sərhədinə yaxın yerləşir.

 

Hücumda hansı növ sursatdan istifadə olunduğu, o cümlədən onun Qərb silahı olub-olmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, ABŞ və Fransa bu yaxınlarda bildiriblər ki, Ukrayna silahlı qüvvələrinə Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verilib.

 

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri daha öncə pilotsuz uçuş aparatları ilə Rusiyaya hücumlar etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Bakı: 100 erməni meyiti əlimizdədir, verməyə hazırıq!

redaktor

İranın Azərbaycanı dağıtmaq üçün iki planı

redaktor

Moldova prezidenti ilə bağlı şok iddia: Bunu etməyə hazırlaşır

redaktor