Dünya

Ukrayna ordusunda nə qədər qadın xidmət edir?

 

Ukrayna Silahlı Qüvvələrinin sıralarında 67 mindən çox qadın xidmət edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova məlumat verib.

 

“Bizdə qadınların məcburi səfərbərliyi nəzərdə tutulmur. Hazırda Ukrayna Silahlı Qüvvələrində 67 mindən çox qadın xidmət edir ki, onlardan 19 mini mülki işçilər, qalanları isə hərbçilərdir”, – Kalmıkova bildirib.

 

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, əvvəllər ölkədə hərbi xidmət müqaviləsi qadınlarla 18 yaşdan 40 yaşa qədər bağlana bilərdisə, indi kişilər üçün müəyyən edildiyi kimi 18-60 yaş arasındadır.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor