24 C
Bakı
11 Avqust 2025 23:34
Dünya

Bayden Meksikadan qanunsuz keçənlərə sığınacaq verməyəcək

ABŞ Prezidenti Co Bayden ABŞ-nin cənub sərhədini, yəni Meksika ilə sərhədi qanunsuz keçən miqrantlara sığınacaq verilməsini müvəqqəti olaraq qadağan edib.


Tacxeber.com
 xəbər verir ki, Ağ Evin saytında dərc olunan bəyanata görə, görülən tədbirlər ABŞ-də olmaq üçün heç bir hüquqi səbəbi olmayan şəxslərin ölkədən çıxarılmasını asanlaşdıracaq.

Bayden administrasiyası dərhal qüvvəyə minən qadağanın daimi olmayacağını bildirib:
“Qadağa indi olduğu kimi cənub sərhəd həddindən artıq yüklənəndə qüvvəyə düşəcək. Sərhədi keçən miqrantların sayı ABŞ rəsmilərinin immiqrasiya əməliyyatlarını effektiv şəkildə idarə etməsi üçün kifayət qədər az olarsa, tədbirlər ləğv ediləcək”.

“Reuters”in adının açıqlanmasını istəməyən amerikalı məmura istinadən verdiyi məlumata görə, tədbirlər həftə ərzində sərhəddə hər gün orta hesabla 2500-dən çox saxlanılma həyata keçirildiyi təqdirdə tətbiq ediləcək və say gündə 1500-dən aşağı düşdüyü zaman qaldırılacaq. Mənbənin sözlərinə görə, görülən tədbirlər cənub sərhədini qanunsuz keçənlərin sayını xeyli azaldacaq.
Qurum rəsmisi qeyd edib ki, məhdudiyyətlər valideynlərin və ya qəyyumların müşayiəti olmadan sərhədi keçən uşaqlara, habelə insan alveri qurbanlarına və tibbi baxımdan ciddi təhlükə altında olanlara şamil edilmir.

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşətli hadisədə valideynlərini itirən uşaqlara 1,5 milyon bağışladı

redaktor

ABŞ 17 neft tankeri və quru yük gəmisini Rusiyanın olduğu “qara siyahı”ya əlavə edib

redaktor

“Putinin təslim olmasının iki variantı var” – “Kremldə qalması az ehtimal edilir…”

admin