28 C
Bakı
11 Avqust 2025 19:38
İqtisadiyyat

Bu tarixdən ətin qıyməti 25 manat olacaq – Əhalinin NƏZƏRİNƏ!

Bu tarixdən ətin qıyməti 25 manat olacaq – Əhalinin NƏZƏRİNƏ!

Bakıda quzu ətinin qiymətinin artmasıyla bağlı xəbərlər təsdiqini tapdı. Hazırda paytaxtın mərkəzindəki mağazalarda quzu ətinin bir kiloqramı 20, ətraf qəsəbələrdə isə 19 manata satılır.

 

Yenisabah.az-ın əməkdaşı bu gün bir neçə qəssabla danışıb. Qəssablar quzu ətinin bahalaşmaqda davam edəcəyini bildiriblər: “Son bir həftədə aldığımız hər xırda baş heyvan üçün 20-25 manat əlavə vəsait ödəyirik”.

 

Qəssab Adil Quliyev Qurban bayramında quzu ətinin bir kiloqramının ən azı 21 manat olacağını bildirib. Onun sözlərinə görə, bahalaşma bayramdan sonra da davam edəcək: “Payızda quzu ətinin bir kiloqramı 25 manat olacaq”.

 

Qəssab qiymət artımını fermerlərlə əlaqələndirib. Bildirib ki, əvvəlki dövrlə müqayisədə indi diri heyvanı baha qiymətə alırlar. O, quzu ətinin bahalaşmasını rayonlarda xırda baş heyvan saxlayanların sayının azalması ilə izah edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan Dəmir Yolları”ndan yarımçıq hesabat və 100 milyonluq zərər

admin

“50 ildir Rusiya bazarına pomidoru qəzetə büküb göndəririk” – Ekspert

redaktor

Avropa Parlamentində Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq çağışları eşidilir

admin