21.6 C
Bakı
28 İyun 2026 08:35
Dünya

Ukraynanın kreditləri Rusiyanın hesabına qaytarılacaq

Böyük Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına kreditin verilməsi ideyasını dəstəkləyiblər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə nazirlərin görüşünün yekunlarına dair bəyanatda deyilir.

 

ABŞ-nin müvafiq təklifi üzrə müzakirələr İtaliyanın Stresa şəhərində keçirilib. Təklif Ukraynaya 50 milyard dollara yaxın kreditin ayrılmasına əsaslanır. Bu kredit tədricən Rusiya Mərkəzi Bankının təxminən 190 milyard dollar dəyərində aktivlərindən əldə edilən gəlirlər hesabına qaytarılacaq.

 

Nazirlər bu ideyanı dəstəkləyib, iyunda keçiriləcək sammitdən əvvəl kreditin necə strukturlaşdırılması ilə bağlı variantlar təqdim olunacağını bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

SON DƏQİQƏ: Ermənistan şərti sərhədə texnika və canlı qüvvə toplamaqda davam edir –  VİDEO

redaktor

Avropa Parlamenti Gürcüstandan Saakaşvilinin azadlığa buraxılmasını TƏLƏB ETDİ

redaktor

Su borcu olanların NƏZƏRİNƏ: Hissə-hissə ödəmək mümkün olacaq

redaktor