29 C
Bakı
11 Avqust 2025 13:04
Dünya

Ukraynanın kreditləri Rusiyanın hesabına qaytarılacaq

Böyük Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına kreditin verilməsi ideyasını dəstəkləyiblər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə nazirlərin görüşünün yekunlarına dair bəyanatda deyilir.

 

ABŞ-nin müvafiq təklifi üzrə müzakirələr İtaliyanın Stresa şəhərində keçirilib. Təklif Ukraynaya 50 milyard dollara yaxın kreditin ayrılmasına əsaslanır. Bu kredit tədricən Rusiya Mərkəzi Bankının təxminən 190 milyard dollar dəyərində aktivlərindən əldə edilən gəlirlər hesabına qaytarılacaq.

 

Nazirlər bu ideyanı dəstəkləyib, iyunda keçiriləcək sammitdən əvvəl kreditin necə strukturlaşdırılması ilə bağlı variantlar təqdim olunacağını bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış teleaparıcı narkoman imiş: DETALLAR – VİDEO

redaktor

Məşhur türkiyəli alim dəhşətli İstanbul zəlzələsi proqnozu verdi: şəhəri tərk etmək qərarını açıqladı

redaktor

Nədən İsrail silah istehsalında güclü, amma Avropa zəifdir?

redaktor