CəmiyyətHadisəŞikayət

Nərminin atası ömürlük həbs istədi, prokuror isə…

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkillərinin vəsatətləri əsasında əlavə şahidlər də məhkəmədə ifadə verib.

 

Vəkillər çıxışlarında İlkin Süleymanovun cinayətlə əlaqəsinin olmadığını deyərək, bəraət qərarı çıxarılmasını xahiş ediblər. Mərhum Nərminin atası isə İlkini günahkar hesab edir. Bu səbəbdən hökmdən o da apellyasiya şikayəti verib.

 

Şərif Quliyev qızının qətlinə görə İlkin Süleymanovun ömürlük məhkum edilməsini istəyib. O, məhkəmədə ifadəsində müdafiə tərəfinin əksər suallarına cavab verməkdən yayınıb. Müdafiə tərəfi hüquqi varisin hərəkətinə, həmçinin məhkəməyə etiraz edib. Bundan sonra vəkillər əlavə nə isə deməyə ehtiyac görməyiblər.

 

Prokuror çıxış edərək həm İlkin Süleymanov, həm də Şərif Quliyevin şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 il azadlıqdan məhrumetmə cəzasının qüvvədə saxlanılmasını tələb edib.

 

Proses iyunun 10-da davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Göz rəngi əməliyyatı edənlər şəxsiyyət vəsiqəsini dəyişməlidirlər? – Video

redaktor

Ceyhun Bayramovun kürəkəninə yüksək vəzifə verildi

admin

Baba Rzayev 45 milyon manatlıq “Electro İndustries”QSC ilə necə anlaşıb?

redaktor