28 C
Bakı
21 Avqust 2026 06:13
Dünya

Türk pilotların “Sikorski” ilə tarixə keçən manevri

1990-cı ildə Türkiyə Silahlı Qüvvələri ilk dəfə “Sikorski S-70” helikopteri alırlar. Bu zaman “Sikorski” (Sikorsky) mühəndisləri türkləri S-70 modelinin “loop” hərəkətini (çevrə üzrə tərsinə dönmək) edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Türk pilotlar bunu edə biləcəklərini iddia edirlər. İş böyüyür. “Sikorski” şirkəti və Türk Silahlı Qüvvələri komandanlığı bu barədə mərcə girir.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev paylaşıb.

 

Onun sözlərinə görə, türk pilotlar S-70 modeli ilə “loop” hərəkətini yerinə yetirir. Bu sınağı izləyən “Sikorski” mühəndisləri deməyə söz tapmır.

 

Daha sonra bu sınaq zamanı çəkilmiş şəkil S-70 modelinin reklamlarında istifadə olunur. Bu helikopteri sonradan alan ölkələr bunu kimlərin və necə etdiyini soruşduqda isə məşhur bir deyim yaranır:

 

“Necə etdiklərini biz də bilmirik. Tək bildiyimiz odur ki, onlar Türkdür”.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan, yoxsa Şərdoğan?

redaktor

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

redaktor