28 C
Bakı
11 Avqust 2025 19:30
Cəmiyyətİdman

Rəşad Sadıqov: “Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq”

“Gərgin oyunun şahidi olduq. Matça yaxşı köklənmişdik”.

 

Tacxeber.com sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 35-ci turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında bildiri .

 

O deyib ki, meydanın şəraitin nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir: “Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi “Səbail”lə bundan da vacib oyun gözləyir”.

 

O əcnəbi VAR hakimkərinin Premyer Liqa oyunlarına təyinatına da münasibət bildirib.

“Məsələ bizim hakimlərim səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu təcrübəni Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq” – deyə R.Sadıqov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Jurnalistlər Federasiyası: COP29 ərəfəsində Azərbaycanda 23 jurnalist həbsdədir.

admin

İtkin düşən 19 yaşlı gənclər tapıldı

redaktor

Xəstəxanalarda gündəlik tələb olunan 11 manatla bağlı açıqlama

redaktor