32 C
Bakı
12 Avqust 2025 16:26
Şou

Elza: “Küçələrdə “vyetnamka” ilə gəzənlər şərh yazır”

Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərdən danışıb.

 

Tacxeber.com olay-a istinadla xəbər verir ki, “Qonaqcanlı” proqramında qonaq olan sənətçi ona sosial şəbəkələrdə mənfi rəy yazanlarla bağlı bunları deyib:

 

“Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, tənqid edənləri qızıl axtaranlara bənzədir. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar. Ailə tərbiyəsi, məktəb partası, auditoriya görməyən, əlini, üzünü, dişini yumayan, ayaqqabı görməyib küçələrdə “vyetnamka” ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm…

 

O, tənqidçi deyil. Musiqimizə, mentalitetimizə təhqirdir. Konservatoriyada musiqiçilər ayrı, tənqidçilər ayrıdır. Tənqidçilərin qarşısında biz hansısa bir əsəri ifa edəndə birinci gözləyirik ki, bizi tənqid etsinlər. Tənqidin əsasında isə biz inkişafa doğru gedirik”.

Tacxeber.com

Oxşar xəbərlər

Afət izləyicisini belə “sındırdı”: “Sənə yazdıqlarım anama getsin” – ŞOK VİDEO

redaktor

Mətanət sevdiyi şəxsdən DANIŞDI: “Onunla ailəli kimiyəm, gecə-gündüz yanımdadır” – VİDEO

redaktor

Röya Ayxan: “Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm”

redaktor