22.6 C
Bakı
29 İyun 2026 09:32
Dünya

“Məmurların təyinatdan əvvəl gey olub-olmaması yoxlanılsın”

Məmurları vəzifəyə təyin etməzdən əvvəl onların oriyentasiyası yoxlanılsın.

 

Tacxeber.comxəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının deputatı Aleksey Xinşteyn çıxış edib.

 

O bu cür yoxlamada qınaq və ya pis bir şey görmür.

 

“Ənənəvi ailə dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bununla məşğul olan insanlara xüsusi qayğı ilə yanaşılmalıdır. Özüm də iki övladım var. Mən oğullarımın qeyri-ənənəvi cinsi dəyərləri təmsil edən müəllimlərinin hər hansı birinin əleyhinə olmuşam və olacağam”, – Xinşteyn bildirib.

 

Xatırladaq ki, Rusiya Ali Məhkəməsi LGBT-nin ekstremist hesab edilməsi və fəaliyyətinin qadağan edilməsi barədə qərar çıxarıb.

 

Bundan əlavə Rusiya Prezidenti Vladimir Putinin ötən il imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Fələstin hökuməti bu gün istefa verəcək – KİV

redaktor

Bu adam bu boyda basqılar altında bunu necə bacarır

redaktor

Belqorodun təxliyəsinə başlanıldı

admin