21 C
Bakı
12 Avqust 2025 09:04
İdman

Qurbanov “Beşiktaş”ın siyahısında – Rəsmi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi postuna namizədlərdəndir.

 

Tacxeber.com Futbolpress.az-a istinadən xəbər verir ki, bu barədə “qara qartallar”ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında deyib.

 

O, Qurbanovun namizədlər siyahısında yer aldığını bildirib:

 

“Amma bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki çoxlu namizədimiz var. “Beşiktaş” Fernando Santuşda axtardığını tapa bilmədi. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür.Əlbəttə, Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar” – klub rəsmisi bildirib.

 

Qeyd edək ki, “Beşiktaş” baş məşqçi Fernandu Santuşla yolları ayırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Santuş istefaya göndərilir – Onu kim əvəz edəcək? Qurban Qurbanov, yoxsa Rəşad Sadıqov?

redaktor

“Cavab oyununda daha ciddi olmalıyıq” – Qurban Qurbanov

admin

“Qarabağ fk ilə münasibətlərə yenidən baxacağıq” – İdman tv.

admin