21 C
Bakı
22 İyun 2025 22:14
Dünya

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb.

 

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər.

 

Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi dəqiqləşdirilib. Ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb.
Ukrayna prokurorları bu barədə aldıqları kəşfiyyat məlumatlarını Varşavadakı həmkarlarına ötürüblər. Nəticədə polyak müəyyən edilərək saxlanılıb. O, xarici kəşfiyyat xidmətinin xeyrinə hərəkət etməyə hazır olmaqda ittiham olunub. Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahunu hədələyən Hizbullah rəsmisi öldürüldü – Video

redaktor

Bitcoin üçün 200 min dollarlıq ssenari

admin

Həcc ziyarəti zamanı 577 zəvvar dünyasını dəyişib.

admin