İqtisadiyyat

Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin – Deputatdan təklif

Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir.

 

Tacxeber.com modern.az-a istinadən xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

 

O qeyd edib ki, deyilənə görə palma yağlarının ərimə temperaturu 37 dərəcədir. “Əgər bu yağlar insan bədənində həll edilmirsə deməli palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir.

 

Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir. Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişiklər edə bilərik”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

“Land Rover”ə bənzədiyi üçün BYD modelinə Aİ-də satış qadağası qoyulub

admin

Əsl uğur hədəfə çatmaq deyil, ona daha az resursla çata bilməkdir

redaktor