20 C
Bakı
24 İyun 2025 03:51
Dünya

Sensasion xəbər yayıldı: Budanov və Sırski öldürülüb

Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Çuqev şəhəri yaxınlığındakı hədəflərə endirdiyi zərbələr nəticəsində azı yüz silahlı öldürülüb.

 

Tacxeber.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

 

İddiaya görə, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov dağıdılmış poliqonda ola bilər.

 

Zərbə aprelin 15-də “İsgəndər” raketləri ilə endirilib. Rusiyayönlü KİV hərbi obyektin ərazisində irimiqyaslı yanğınlar, eləcə də təcili yardım maşınlarının karvanları barədə məlumat verib. Yerli hakimiyyət sakinləri qan verməyə çağırıb.

 

“Military Affairs” xəbər verir ki, Çuqev bölgəsində “çox vacib bir şəxsin” vurulması ilə əlaqədar Ukrayna Teleqram kanallarında çaxnaşma yaranıb. Budanovun, eləcə də Ukrayna Silahlı Qüvvələrinin digər yüksək rütbəli zabitlərinin öldüyü iddia edilir. Bəzi kanallar xəbər verir ki, ölən Budanov deyil, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskidir. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxladı

redaktor

“Bitcoin”inin 125.000 dollara çatacağı tarixi açıqlandı

admin

Dağıstanda yəhudilərlə bağlı gərginlik: nazirlər, xüsusi təyinatlılar əraziyə gəldi – VİDEO

redaktor