2 C
Bakı
11 Fevral 2026 15:45
Hadisə

“Sədərək”də gənc oğlandan şok hərəkət

“Sədərək” Ticarət Mərkəzinin parklanma ərazisində avtomobillərin üzərində atılıb-düşən şəxs sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Tacxeber.comOxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

 

Bildirilib ki, hadisə ötən gün “Sədərək” bazarındakı parklardan birində yaşanıb.

 

Kadrlarda, gəncin bir anda avtomobillərin üzərinə çıxaraq atılıb-düşdüyü və yaşlı kişinin onu aşağı düşürmək istədiyi görünür. Lakin şəxs, ona çağırış edən kişiyə məhəl qoymayaraq avtomobillərin üzərində gəzməyə davam edir. Sonda yaşlı kişi onun ayağından çəkərək avtomobillərin üzərindən aşağı endirərək ərazidən uzaqlaşdırmağa nail olub.

 

Şəxsin avtomobillərə hansı səbəbdən zərər vurduğu isə məlum deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Nəsimi Nəbizadə faciəsindən şou düzəldənlər

redaktor

“Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”

redaktor

İşgəncələri araşdıran mərkəzin sədri təqsirləndirilən şəxs oldu

admin