13 C
Bakı
24 Mart 2026 18:28
Dünya

Netanyahu: Başqa meydanlarda təhlükələr var

İsrail Qəzza zolağında müharibənin ortasındadır, lakin digər arenalarda çətinliklərlə bağlı ssenarilərə hazırlaşır.

 

Tacxeber.com xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu Tel-Nof aviabazasına səfəri zamanı F-15 qırıcılarını idarə edən 133-cü eskadrilyanın şəxsi heyəti ilə görüşü zamanı deyib.

 

Hökumət başçısı bildirib: “Biz Qəzzada tam gücü ilə davam edən müharibənin ortasındayıq. Amma biz başqa arenalarda da çətinliklərlə bağlı ssenarilərə hazırlaşırıq. Biz sadə bir qayda qoymuşuq: kim bizə pislik etsə, biz də zərər verərik. Biz İsrail dövlətinin həm müdafiə, həm də hücum baxımından bütün təhlükəsizlik ehtiyaclarını ödəməyə hazırıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ – ATƏŞKƏS ELAN EDİLDİ

redaktor

Gənc prokurorun DƏHŞƏTLİ ƏMƏLİ ölkəni qarışdırdı: Qadın həmkarının evinə zorla girib…

redaktor

Tarixdə “Çekers nitqi” adını alan çıxış Niksonun siyasi karyerasını xilas etdi – Yadigar Sadıqlı

admin