Dünya

Ukrayna bizə görə cəbhədə mövqelərini itirir – ABŞ

Amerika Konqresinin fəaliyyətsizliyi ucbatından Ukrayna artıq cəbhədə mövqelərini itirir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

 

“Son bir neçə həftə, bir neçə ay ərzində biz Ukraynanın döyüş meydanında uduzduğunu gördük. Bu da Konqresin fəaliyyətsizliyi ilə bağlıdır”, – o vurğulayıb.

 

Pyer qeyd edib ki, ukraynalılar öz azadlıqları, demokratiya və Putinin təcavüzünə qarşı mübarizə apararkən ABŞ bu müharibədə Ukraynaya yardımı davam etdirməlidir:

 

“Biz istibdadlara cavab verməsək, diktatorları dayandırmasaq, nə olacağını bilirik”.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor