21 C
Bakı
23 İyun 2025 01:15
Dünyaİdman

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün keçiriləcək oyunlarla UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

 

Tacxeber.com “trtspor”a istinadən xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində ən mühüm təşkilatı olan Çempionlar Liqasında 1/4 finalın ilk oyunları bu gün və 10 aprel çərşənbə günü, cavab qarşılaşmaları isə 16-17 aprel tarixlərində oynanılacaq.

30 aprel-1 may və 7-8 may tarixlərində yarımfinalların keçiriləcəyi “Nəhənglər Liqası”nda final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

 

1/4 finalda bütün qarşılaşmaların bakı vaxtı ilə saat 23.00-da başlayacaq təqvimi belədir:

 

Bu gün, 9 aprel:

“Arsenal” (İngiltərə) – “Bayern Münhen” (Almaniya)

“Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Çərşənbə, 10 aprel:

“Atletico Madrid” (İspaniya) – “Borussia Dortmund” (Almaniya)

“Paris Saint-Germain” (Fransa) – “Barselona” (İspaniya)

 

Tacxeber.com

Oxşar xəbərlər

Zəlzələ biznesmeni bir anda müflis etdi: “Çaydan tapanda sevindim ki…” – VİDEO

redaktor

“Camaatı küçəyə çıxarmaq üçün ölüm-dirim mübarizəsi aparacağam” – “Arabo” terror dəstəsinin komandiri

admin

Azərbaycan Kahramanmaraşda 1000 ev tikir

redaktor