Cəmiyyət

“TikTok”da qız səsi ilə danışdı: Həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxs məsuliyyətə cəlb edilib.

 

“Qafqazinfo”nun məlumatına görə, internetdə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb.

 

Bu səbəbdən onun haqda İnzibati Xətalar Məcəlləsinin 388-1.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə protokol tərtib edilib, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

 

Adıçəkilən gənc əsasən “TikTok”da açdığı canlı yayımlarda qız səsi ilə danışaraq müxtəlif şəxslərə zəng edib. Məhkəmənin qərarı ilə M.Mirələmzadə bir aylıq inzibati qaydada həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Xalq belə olmur, kütlə belə olur! Azərbaycan insanı haçan öz taleyinə sahib çıxacaq?

redaktor

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor