Dünya

Bakıda həbsdə olan separatçının bankı satıldı

“Bank of Georgia” Ermənistanda fəaliyyət göstərən “Ameriabank”ın səhmlərinin 90%-ni almaq üçün rəsmi müqavilə bağlayıb.

 

Tacxeber.comHetq.am-a istinadən xəbər verir ki, bundan sonra bankın səhmlərin 60%-i “Bank of Georgia”nın sahibinə – “Bank of Georgia Group PLC” korporasiyasına, 30%-i isə “Bank of Georgia”nın özünə məxsus olacaq.

 

Qalan 10 faiz pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq.

 

Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək.

 

 

Xatırladaq ki, indiyə qədər “Ameriabank”ın əsas sahiblərindən biri hazırda Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan olub.

Tacxeber.com

Oxşar xəbərlər

Qlobal London hücuma keçir

redaktor

Çax-çux baş ağrıdır, dəyirman isə öz işində — TRIPP başladı

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor