21 C
Bakı
09 Oktyabr 2026 12:59
DünyaİdmanQalmaqal

“Fənərbaxça” “Qalatasaray”la matçın 2-ci dəqiqəsində meydanı tərk etdi

Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb.

 

“Fənərbaxça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 2-ci dəqiqəsində meydanı tərk edib.

Matçın 1-ci dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mauro İkardi hesabıə açıb. Meydana U-19 komandasının futbolçuları ilə çıxan “Fənərbaxça” 2-ci dəqiqədə qarşılaşmanı davam etdirməkdən imtina edib. “Sarı-lacivertli”lər meydandan çıxıb. “Fənərbaxça” Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib.

 

Görüşün baş hakimi isə qarşılaşmanı yarımçıq dayandırmalı olub.

Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacağı bildirilib. “Fənərbaxça”ya texniki məğlubiyyət veriləcəyi, “Qalatasaray”ın qalib elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, “Fənərbaxça” bu mövsüm ölkə çempionatında üzləşdiyi mənfi hallara görə Türkiyə Superliqasında iştirakdan imtina etmək istəyir. Bugünkü hadisə də “Fənərbaxça” prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsi ilə bağlıdır. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor