12 C
Bakı
29 Mart 2026 19:29
İdman

Beş milyona “Krasnodar”a keçən oyunçu “Qarabağ”a qayıtmaq istəyir

“Krasnodar”ın vingeri Kadi Yuri Borges yayda “Qarabağ”a qayıda bilər.

 

Tacxeber.comxəbər verir ki, 27 yaşlı futbolçu komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib. O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.

 

“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, braziliyalını icarəyə götürməyə müsbət yanaşa bilər. Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.

 

Xatırladaq ki, “Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer etmişdi./Pressing.az

Tacxeber.com

Oxşar xəbərlər

Mişel Platininin medal və kubokları oğurlandı.

admin

Mahir Emreli De Byaziyə söz atdı – FOTO

redaktor

Keçmiş UFC döyüşçüsü xəstəxanada dünyasını dəyişib

redaktor