DünyaSiyasət

İran “qırmızı xətt”i keçən İrəvana hansı iradı bildirib? – Mirzoyan molla rejimini biabır etdi

Ermənistanın Qərblə münasibətlərinin yaxınlaşması ilə bağlı İrandan heç bir mənfi reaksiya eşitməmişik.

 

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 6-da İctimai Televiziya Şirkətinin efirində “Ermənistan Qərblə yaxınlaşmada anti-İran komponentinin olmamasını izah edə bilərmi?” sualına cavab verərkən deyib.

“Bizim İran İslam Respublikası ilə həqiqətən çox yaxşı dostluq münasibətlərimiz var. Demək olar ki, bütün sektorlarla səmərəli dialoqumuz mövcuddur, müntəzəm təmasdayıq və heç bir anlaşılmazlıq yoxdur. 5 aprel görüşü ilə bağlı İrandan heç bir mənfi reaksiya eşitməmişik”, – Mirzoyon deyib.

Əslində Mirzoyan bu açıqlaması ilə molla rejimini biabır edib. O rejim ki, daim “üçüncü qüvvənin bölgəyə gəlməsi bizim “qırmızı xətt”imizdir” deyir. Amma görünür, İran üçün “qırmızı xətt” Azərbaycana münasibətdə mövcuddur. Tehran rejimi, Azərbaycana qarşı çıxmaq üçün nəinki Ermənistanla əməkdaşlıq edir, hətta ABŞ və Fransa ilə də müttəfiq olur.

Tacxeber.com

Oxşar xəbərlər

Financial Times: niyə Ukrayna müharibədə qələbə qazanır?

admin

Ərdoğanın çıxışı zamanı bu plakatı qaldıran şəxs həbs edildi – FOTO

redaktor

Kriminal aləmin “Yeni Qulisi”ni bıçaqlayıb dənizə atdılar

redaktor