Hadisə

Polşalı azarkeşlər belaruslu məşqçini döyüblər

Polşanın “Zaqlembe” klubunun baş məşqçisi Aleksandr Xatskeviç azarkeşlər tərəfindən döyülüb.

 

“Report” “meczyki.pl” saytına istinadən xəbər verir ki, hadisə komandanın məşqi zamanı baş verib.

 

I Liqanın XXV turunda doğma arenasında “Katovitse”yə 0:4 hesabı ilə məğlub olan Sosnovets təmsilçisinin bugünkü məşqinə müdaxilə edən fanatlar futbolçularla söhbət etmək istəyiblər. Lakin sonda onların üzərinə şığıyan fan-klub üzvləri belaruslu mütəxəssisi yumruq və təpiklə vurublar.

 

50 yaşlı çalışdırıcının bu hadisəyə görə istefa verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Aleksandr Xatskeviç bu ilin yanvarından “Zaqlembe”yə rəhbərlik edir. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Surət Hüseynovun ölüm xəbəri təsdiqini tapmadı: Komaya düşüb – YENİLƏNİB

redaktor

Bakıda avtomobildə sürücü müştərini döyüb

redaktor

Filippində qasırğada ölənlərin sayı 155-ə çatıb, 129 nəfər xəsarət alıb

redaktor