20 C
Bakı
23 İyun 2025 07:01
CəmiyyətSiyasət

İranın bəzi rəsmiləri o qədər həyasızlaşıb ki… – Deputat

İranın bəzi rəsmi şəxsləri o qədər həyasızlaşıblar ki, qonşu ölkəyə qarşı açıq təhdidlə danışır, müxtəlif çağırışlar edirlər.

 

Bu sözləri Report-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Iran parlamenti deputatının Bakıdakı İsrail səfirliyinə zərbə endirmək çağırışına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycandakı xarici diplomatlar ölkənin müsafirləridir:

“Biz iki dövlət arasında olan münasibətlərin hansısa bir şəkildə Azərbaycana köçürülməsinə qarşıyıq. Ona görə də, bunu çox məsuliyyətsiz və həyasız bir bəyanat hesab edirəm. İranlı deputatın bu fikrini Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə qarşı atılan addım kimi qiymətləndiririk”.

 

F.Mustafa düşünür ki, belə bəyanatlar terrorçu dövlət anlayışına, terrorçu xarakterə sahib olan qüvvələr tərəfindən səsləndirilə bilər:

“Bu heç bir halda insanlıq davranışı deyil. Ümid edirəm ki, İran rəsmiləri bu deputatı mənasız açıqlamalarına görə ən azı tənbeh edəcəklər. Çünki bu bütünlükdə iki ölkə arasında münasibətlərin tamamilə pozulması anlamına gələ bilər. Azərbaycan bunu heç bir halda görməzdən gəlməyəcək”.

Xatırladaq ki, İran parlamentinin deputatı Cəlal Rəşidi Koçi İsrailin Dəməşqdəki İran konsulluğunu bombalamasına cavab olaraq, İsrailin Bakıdakı səfirliyinə zərbə endirməyə çağırıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Şahin Diniyev də istefa verdi

admin

Tərlan Əhmədova it dəyib?! – Aqil Abbas yazır

admin

Xəzərin dibi ilə Fiber-Optik Kabel Xətti çəkilir.

admin