32 C
Bakı
12 Avqust 2025 17:16
CəmiyyətGündəmQalmaqal

Azərbaycana Qazaxıstandan at əti gətirilib, ya yox? – Komitə və AQTA-dan zidd açıqlamalar

28 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – Rəsmi” sərlövhəli yazı dərc olunub. Həmin yazıda qeyd olunan məlumatlar Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik göstəricilərə istinadən hazırlanıb.

 

Statistika Komitəsinin “2024-cü ilin yanvar ayında malların idxalı və ixracına dair göstəricilər”in yer alan məlumatından belə görülür ki, bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 24,7 min dollar dəyərində 14,53 ton at (qatır) əti idxal olunub.

Bu məlumat yayımlandıqdan sonra Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yeniavaz.com-a bildirilib ki, Qazaxıstandan Azərbaycana at əti idxal olunmur:

“Əksinə, Azərbaycandan Qazaxıstana at əti ixrac edilir”.

Lakin qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar ilə AQTA-nın məlumatı üst-üstə düşümür.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda rəfə Ermənistanla bağlı kitabları kim və niyə qoyub? – VİDEO

redaktor

Qəza anı nələr baş verib? – Sağ qalan sərnişin hər şeyi danışdı – VİDEO

admin

14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI

admin