19 C
Bakı
26 Sentyabr 2025 21:32
Hadisə

Qardaş ölkədə baş tutan seçkilər insidentsiz ötüşməyib

Bu gün Türkiyədə növbəti parlament seçkiləri keçirilir. Səsvermə prosesi Bakı vaxtı ilə axşam 20:00-a kimi davam edəcək.

 

Tacxeber.com xəbər verir ki, qardaş ölkədə baş tutan seçkilər insidentsiz ötüşməyib. Səhər saatlarında Diyarbəkirin Ağclıdərə məhəlləsində qanlı toqquşma baş verib. Namizədlərin tərəfdarları bir-biirlərinə daş və dəyənəklərlə hücum ediblər. Sonra isə silahlar işə düşüb. Silahlı qarşıdurma nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. “Sözcü” qəzetinin yazdığına görə, yaralılardan bir neçəsinin vəziyyəti ağıdır.

 

Həmçinin hadisə yerinə gələn təcili yardım maşınları da hücuma məruz qalıb. Yeli səhiyyə qurumuna məxsus olan iki təcili yardım maşına yararsız hala salınıb.

 

Hazırda polis və jandarma qüvvələri hadisə yerindədir. Xüsusi təyinatlı qüvvələr şəhərdə nəzarəti gücləndirib.

Tacxeber.com

Oxşar xəbərlər

Cahangir Əsgərov daha bir vəzifəsindən azad edilib.

admin

Şəhidimizin atası: “Oğlum bu gün evə gələcəkdi” – VİDEO

redaktor

Azərbaycanda qeyri-adi OLAY: Polis dananı GÜLLƏLƏDİ

redaktor