Dünya

Saakaşvili Ali Radaya müraciət etdi: Qələbə…

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq.

 

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan videomüraciətində bildirib.

 

“Mən Ali Radaya müraciət etmək istərdim. Belə çətin şəraitdə məni unutmadığınız üçün təşəkkür edirəm. Mən də sizin üçün darıxıram. Bu illər ərzində bir dəqiqə belə olmayıb ki, Ukrayna haqqında düşünməyim.

 

Dəstəyinizə görə sizə çox minnətdaram, mən vətənpərvər və Ukraynanın minnətdar vətəndaşı olaraq qalıram və sizə demək istəyirəm: bizim qələbəmiz tezliklə gələcək, mütləq gələcək”, – deyə Saakaşvili qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Meloni ABŞ-nin Qrenlandiyaya görə tarif tətbiq etməsini səhv adlandırıb

redaktor

Arzum Putin, Zelenski və Trampı Türkiyədə bir araya gətirməkdir – Ərdoğan

redaktor

“Ciddi təxribat”

redaktor