19 C
Bakı
10 Oktyabr 2026 12:29
DinDünya

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü.

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində qadın məhbusların ayağını yuyub.

 

Tacxeber.com “Qafqazinfo” ya istinadla xəbər verir ki, bu barədə xarici media Papanın “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasında 12 qadın məhbusun ayaqlarını yuyub və öpdüyünü bildirib.

Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, perulu və bosniya-herseqovinalı olduğu bildirilir.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor