Dünya

Rusiyalı “Crocus”la bağlı statusuna görə həbs edildi

Sankt-Peterburq məhkəməsi Nikolay Konaşenkonu “Crocus City Hall”a hücumla bağlı şərhlərinə görə həbs edib.

 

Sankt-Peterburq sakini terrorizmə haqq qazandırmaq ittihamı ilə mayın 25-dək həbs edilib.

 

41 yaşlı dekorator Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bir müddət sonra Sankt-Peterburq polisinin mətbuat xidməti həmin şəxsin yazılarına görə üzr istədiyi videonu yayıb.

 

Qeyd edək ki, “Crocus City Hall”a hücumdan sonra Konaşenko sosial şəbəkələrdə bir neçə post yerləşdirib və bu postlarda hücumun hədəfinin niyə Kreml olmadığını soruşub.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor