24.8 C
Bakı
06 İyun 2026 16:51
Dünya

“Ermənistan Rusiya üçün qardaşdan da artıqdır” – Peskov

İndi biz dost, qardaş Ermənistanla münasibətlərdə kifayət qədər çətin dövr yaşayırıq.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Arqumentı i Faktı” nəşrinə müsahibəsində bildirib.

 

“Bu (Ermənistanla münasibətlər), qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən də çox erməni yaşayır. Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəallığı hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini təşkil edir. Adamlar ora pul köçürür, söhbət ildə bir neçə milyard dollardan gedir…” – o bildirib.

 

Onun sözlərinə görə, Qafqaz regionu təəssüf ki, müxtəlif regiondankənar qüvvələrin diqqətini cəlb edir:

 

“Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki onlar orada sabitlik və rifah gətirmək iqtidarında deyil. Ona görə də ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Vens: ABŞ və İran nümayəndələri razılığa gələ bilmədilər

redaktor

Bu qəzet dindarları qəzəbləndirdi – Ramazanla bağlı ŞOK FOTO

redaktor

Sabiq baş inspektor Səfər Mehdiyevi məhkəməyə verdi

redaktor