Kriminal

“Heç kəsə aman vermirdilər, hər kəsi güllələyirdilər” – Şahid danışdı

“Bu, sadəcə bir növ dəhşət idi! Sadəcə dəhşətli! Ora çox qorxuludur!”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə hadisə şəhidlərindən biri olan Marina məlumat verib.

 

O daha sonra vurğulayıb: “Heç kəsə aman vermirdilər. Hər kəsi güllə-baran edirdilər. “Krokus”dan canımı güclə qurtararaq qaça bildim. insanlar çığırırdılar. Dəhşətli qəddarlıq baş verirdi. İlk vaxtlar nə baş verfiyini anlaya bilmirdim. Hər kəs sığınmağa yer axtarırdı”.

 

Hadisə şahidi bildirib ki, Moskvada “Crocus City Hall”da konsertdən əvvəl atışma başlayanda insanlar özlərini çaşqınlıqla aparıblar. O, terror aktı baş verən yerdəki vəziyyəti belə təsvir edib.

 

“Saat 20:00 radələrində konsert üçün növbəyə durmuşdum, sol tərəfdəki şüşə qapılardan üst paltarı olmayan adamlar qaçdılar, 15-ə yaxın adam avtomatdan yayılım atəş eşitdiklərini bildirdi. Çaxnaşma başladı, insanlar atışmadan qaçsalar da, aralarında bəzi insanlar əksinə, atışmaya tərəf gedirdilər. Nə baş verdiyini anlamaq üçün özlərini təhlükəyə atırdılar.

Tacxeber.com

Oxşar xəbərlər

Yusif Qədimbəylinin oğlunun evindən 803 min manatlıq oğurluq edildi

admin

Aygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir

redaktor

”Sədərək Yüsif”in qardaşı oğlu üzərimə silah çəkib, məndən dövlət məmurlarının əleyhinə danışmağmı tələb etdi” – SENSASİON VİDEO

redaktor