11 C
Bakı
25 Mart 2026 18:41
Gündəmİdman

“Qarabağ” Juninyoya görə neçə milyon avro istədi ?

“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.

 

Bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb.

Aybabanın Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın Leverkuzendə “Bayer”lə oyununu canlı izlədiyi və futbolçunu bəyəndiyi bildirilib. Xəbərdə qeyd olunub ki, klub rəsmisi daha sonra “Neftçi”nin sabiq hücumçusu, hazırda “Partizan”da çıxış edən Mateus Saldanyanın oyununu izləyib və “Beşiktaş”a onun yox, Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.

 

“Qarabağ”ın isə braziliyalı hücumçu üçün “Beşiktaş”dan 8 milyon avro istədiyi bildirilib. İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq “Beşiktaş” tərəfinin növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı vurğulanıb.

Qeyd edək ki, bu mövsüm Juninyo “Qarabağ”ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 qol ötürməsi edib. Onun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin iyununa qədərdir. (Qol az)

Tacxeber.com

Oxşar xəbərlər

Ali Məhkəmə hakiminin diplomu saxtadır! – FOTOFAKT

admin

JEK bizə talon verəcək ki, ayda ancaq bu qədər ət və yağ ala bilərsən, o da dükanda tapsan…

redaktor

Epstein qalmaqalı və kabus kimi dezinformasiya

redaktor