32 C
Bakı
12 Avqust 2025 14:36
DünyaMuharibəSiyasət

“NATO Rusiya ilə potensial müharibəyə hazırdır”.

Bu sözləri NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Kiyevə səfəri zamanı “Army Inform” nəşrinə müsahibəsində deyib.

 

“Biz hazırıqmı? Cavab: Bəli! Bu bizim qarşımıza qoyduğumuz əsas məqsəddir – hazır olmaq. Əgər bu gün baş verərsə, o zaman əlimizdə olanlarla mübarizə aparmalıyıq. Bu, həmişə bu günə hazırlıqlı olmaq və eyni zamanda gələcək üçün imkanları təkmilləşdirməyin kombinasiyasıdır”, – deyə Bauer vurğulayıb.

O qeyd edib ki, NATO Rusiya ilə münaqişənin mümkünlüyü barədə hələ 2014-cü ildə Krımın işğalından sonra düşünməyə başlayıb.

“Bu, çox vacib bir məqam idi ki, NATO-nun kollektiv təhlükəsizliyə qayıtmağın zəruri olduğunu anladıq. Bu, bizim əsas məqsədlərimizdən biridir. Çünki son 20-30 il ərzində biz yalnız böhran vəziyyətlərinə reaksiya verilməsi üzərində cəmləşmişdik”, – deyə rəsmi əlavə edib.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

PA: Qarabağın erməni sakinləri üçün 38 ton benzin, 16 ton dizel yola salınıb

redaktor

Tramp sabiq prezident Obamanı təhqir elədi: “O, iyrənc adamdır”

redaktor

03:15 08.11.2022 Sabah “Qanlı Ay” tutulması baş verəcək

admin