24 C
Bakı
13 Avqust 2025 08:22
Dünya

Məhkəmə Navalnının anasının iddiasını rədd etdi

Rusiyanın Labıtnangi şəhər məhkəməsi Aleksey Navalnıya lazımi tibbi yardım göstərilmədiyinə görə koloniyaya və Federal Penitensiar Xidmətin rəhbərliyinə qarşı inzibati iddia üzrə icraatı dayandırıb.


Tacxeber.com
 xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov məlumat yayıb.

Bildirilir ki, iddia ilə mərhum siyasətçinin anası Lyudmila Navalnaya çıxış edib. Jdanov qeyd edib ki, məhkəmə işdə yalnız Navalnının özünün iddiaçı ola biləcəyi qərarına gəlib:

 

“Aleksey tibbi yardım göstərilmədiyinə görə dəfələrlə koloniyalara qarşı iddia qaldırıb. İddialar rədd edildi. İndi o, öldürülüb, ailəsinin iddiası istehzalı ifadələrlə rədd edilir”, – Jdanov yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Laçında Kardaşyanın pulu ilə tikilən evlər – VİDEO

redaktor

Ukraynanın dəhşətli zərbəsi: rus general, 18 zabit, 500 əsgər…

admin

Proqnoz: Mayın 28-də 5 bal gücündə…

redaktor