21 C
Bakı
14 Oktyabr 2026 02:06
İqtisadiyyat

Xaricdən gətirilən kərə yağı ucuzlaşdı, ət bahalaşdı – Yeni qiymətlər

Bu ilin yanvar-fevral ayları ərzində ölkəyə 378 milyon dollarlıq yeyinti məhsulları idxal olunub.


Tacxeber.com
 xəbər verir ki, idxal olunan yeyinti məhsulları arasında 15,5 milyon dollarlıq kərə yağı, 17,4 milyon dollarlıq ət olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə həm kərə yağı, həm də ət idxalı artıb.
Onu da qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında idxal olunan kərə yağının gömrük dəyəri aşağı düşüb, ətin orta gömrük dəyəri də yüksəlib.

2023-cü ilin ilk 2 ayında xaricdən gətirilən kərə yağının 1 kq-nın orta gömrük dəyəri 5,9 dollar (10 manat) olubsa, bu ilin ilk 2 ayında 5,2 dollara (8,9 manat) düşüb.

İdxal olunan 1 kq ətin gömrük dəyəri isə 2023-cü ilin ilk 2 ayında 1,6 dollar (2,7 manat) olubsa, bu ilin ilk 2 ayında 2,1 dollara (3,6 manat) yüksəlib.

Tacxeber.com

Oxşar xəbərlər

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Pul kütləsi niyə sürətlə artır? Hansı risklər var?

redaktor

ABŞ-dan Rusiyaya gözlənilməz zərbə…

admin