2 C
Bakı
11 Fevral 2026 11:03
CəmiyyətHadisə

Ölkənin baş notariusu işdən çıxarıldı – FOTO

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.

 

Tacxeber.com  Qaynarinfo-ya istinadən xəbər verir ki, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Mehman Nəsir oğlu Soltanov uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Mehman Soltanov çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə “Ədliyyə Nazirliyinin 100 ilik yubileyi” medalı ilə təltif edilib.

Xatırladaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Xankəndinə gedib, torpağı öpüb gözümə qoyacağam” – Fəxrəddin Manafov (Video)

admin

Samirə Bağırova: “Sürücülər avtomobillərdə burun, qulaq təmizləyirlər”

redaktor

Əsas məqsəd — ölkə rəhbərliyini çaşdırıb pul ayrılmasına nail olmaq idi.

admin