Dünya

Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

 

Tacxeber.com xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.

 

Zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb -yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib.

 

Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor