24 C
Bakı
11 Oktyabr 2026 19:18
Cəmiyyət

Xədicə İsmayıl BŞBPİ-yə ÇAĞIRILDI

Jurnalist Xədicə İsmayıl Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

 

Xədicə İsmayıl qeyd edib ki, bu gün saat 15:00 üçün onu ifadə verməyə dəvət ediblər.

 

Qeyd edək ki, martın 6-da Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib. Nazirlikdən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə TV-nin bir neçə əməkdaşı saxlanılıb və onların barəsində cinayət işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor

“Ağılla Rusiya dərk edilməz…”

admin

FETO-dən sonra “Erenköy Cemaati”

redaktor