14 C
Bakı
01 Aprel 2026 12:26
Dünya

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

ABŞ Konqresinin “TikTokla bağlı hərəkətləri açıq-aşkar soyğunçuluqdur.

 

Tacxeber.com xəbər verir ki, bunu Çin XİN-in sözçüsü Van Venbin deyib.

 

Onun sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir.

 

Venbin Birləşmiş Ştatların “TikTok”-un milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını” açıqlayıb.

 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası “TikTok”-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance operatoruna bu sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verib. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək.

 

Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq maliyyə naziri “TikTok”u almaq istəyir

redaktor

Donald Tramp siyasi məğlubiyyətlər yaşamağa davam edir: ştat-ştat, dairə-dairə.

redaktor

“Ukraynanı Rusiyaya dost kimi görmək istəyirik” – Lavrovun müavinindən əcaib açıqlama

redaktor